ABŞ-nin Helsinki Komissiyası Rusiyanı qlobal təhlükəsizliyə davamlı təhdid kimi tanınmağa çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Hesabatda iddia edilir ki, Vaşinqton son bir neçə ildə Çinlə etdiyi kimi Rusiya ilə bağlı fikirlərini yenidən nəzərdən keçirməli və buna uyğun resurslar ayırmalıdır.
Hesabatın strategiyasının prioritet istiqaməti Rusiyaya qarşı müdafiə müharibəsində Ukraynanın qələbəsini təmin etməkdir. Xüsusilə, komissiya Kiyevə irimiqyaslı hərbi və humanitar yardımın göstərilməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dən aldığı silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirmək imkanının təmin edilməsini tələb edir.
Rəylər