ABŞ məxfi xidmətinin agentləri ölkənin keçmiş prezidenti Donald Trampın mümkün həbsinə hazırlaşırlar.
Bu barədə "CBS News" öz mənbələrinə istinadla xəbər verir.
Bildirilir ki, agentlər Trampa hökm elan edilməsi ilə bağlı müxtəlif ssenarilərə hazırlaşmaq üçün Nyu-York həbsxanalarının nümayəndələri ilə görüşüblər.
Qeyd edək ki, Donald Tramp 2016-cı il prezident seçkisi ərəfəsində pornoaktrisa Stormi Denielsə 130 min dollar (hazırda 221 min manata ekvivalent) ödəniş edilməsi ilə bağlı sənədlərin saxtalaşdırılmasında ittiham edilir. Deniels iddia edirdi ki, 2006-cı ildə Trampla cinsi əlaqədə olub və prezidentin keçmiş vəkili Maykl Koen ona bu barədə susması üçün pul ödəyib.
Rəylər