Əfsanəvi futbolçu Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının prezidenti seçilib.
Məlumata görə, bu gün keçirilən iclasda 94 nümayəndədən 93-ü ona səs verib.
Qeyd edək ki, ötən ilin dekabrında Şevçenko Ukrayna Futbol Assosiasiyasının fövqəladə XXVI Konqresində UAF prezidenti vəzifəsinə seçilmək üçün yeganə namizəd olub.
Mənbə: espreso.tv
Rəylər