İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "La Sicilia" qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, vulkanın oyanması ilə əlaqədar Kataniya Beynəlxalq Hava Limanında uçuşlar təxirə salınıb.
İnstitutun mütəxəssisləri püskürmə zamanı kül sütununun təxminən 4 500 metr yüksəkliyə çatdığını bildiriblər.
Xatırladaq ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. Onun hündürlüyü 3357 metrdir.
Rəylər