Braziliyanın "TV Globo" telekanalının efirində gülməli hadisə baş verib. Belə ki, səhər şousunun aparıcısı Ana Mariya Braqa G20 sammitindən danışarkən, ABŞ Prezidenti Co Baydeni səhvən "Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Usama bin Laden adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
"Rəsmi fotoların seriyası - Fransa prezidenti Emmanuel Makronla və ABŞ-dən olan bin Ladenlə əl sıxma", - deyə Braqa tədbirdən reportaj zamanı bildirib.
Teleaparıcının sözlərinə həmkarı düzəliş edib, bundan sonra onlar bu səhvi sübh başlayan işləri ilə izah edərək gülüşüblər.
Rəylər