ABŞ-nin hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Oxu.Az "News.ru"ya istinadən xəbər verir ki, ABŞ lideri əlavə edib ki, o, səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalacaq.
Bundan əvvəl hazırkı liderin seçki qərargahının nümayəndəsi Sedrik Riçmond bildirmişdi ki, Co Bayden hələ də seçki yarışında mübarizəni davam etdirməyə hazırdır.
— Joe Biden (@JoeBiden) July 21, 2024
Qeyd edək ki, Co Baydenin seçkidə iştirakdan imtina etməsi 50 ildən çox müddət ərzində ilk belə hadisədir. 1968-ci ildə ABŞ-nin ozamankı prezidenti Lindon Conson uğursuz kampaniyadan sonra seçkidən geri çəkilmişdi.
Rəylər