Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının apellyasiya şikayətindən sonra İsraillə bağlı hökm çıxarıb.
Hökmə əsasən, İsrail Rəfaha hücumu dayandırmalıdır.
Məhkəmə sədri Navaf Salamın səsləndirdiyi qərarda bildirilib ki, İsrail şəhərdə həyat şəraitinin pisləşməsi səbəbindən Rəfahdakı əməliyyatı dərhal bitirməlidir.
Bundan əlavə, məhkəmənin qərarına əsasən, İsrail anklav ərazisinə humanitar yardımın buraxılması üçün Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsini açmalıdır.
Mənbə: VM.ru