Gürcüstan ədliyyə naziri Rati Breqadze "Gürcü Arzusu"nun yaradıcısı Bidzina İvanişvilinin prezidentliyə namizəd ola biləcəyini istisna etmir.
Oxu.Az bu barədə "Sputnik Gürcüstan"a istinadən xəbər verir.
"Əgər cənab İvanişvili prezidentliyə namizəd olmağa qərar verərsə, o zaman əminəm ki, o, Gürcüstan tarixində ən yaxşı prezident olacaq", - deyə Rati Breqadze jurnalistlərə bildirib.
Gürcüstanda artıq birbaşa prezident seçkisi keçirilməyəcək. Oktyabrda keçiriləcək parlament seçkisindən sonra yeni prezident 300 seçicidən ibarət kollegiya tərəfindən seçiləcək.
Rəylər