Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının şimal-qərbində öldürülüb.
Bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) məlumat yayıb.
“Mbindeyl kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, MINUSMA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır.
Mənbə: TASS
Rəylər