Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Boris Conson: "Qərb Rusiya ilə müharibəni başqalarının əli ilə aparır"
"Qərb Rusiya ilə müharibəni başqalarının əli ilə aparır".
Oxu.Az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.
"Gəlin həqiqətin gözlərinə düz baxaq. Biz başqalarının əlləri ilə müharibə aparırıq, lakin etimad etdiyimiz şəxslərə öz işlərini görmək imkanı vermir, illərdir onların əlləri arxadan bağlı vəziyyətdə döyüşməsinə şərait yaradırıq. Bu isə qəddarlıqdır", - deyə britaniyalı siyasətçi bildirib.
Keçmiş baş nazir, həmçinin qeyd edib ki, London Ukraynanın düşdüyü vəziyyətə görə mənəvi məsuliyyət daşıyır, çünki Britaniya Budapeşt Memorandumunu imzalayıb və onun təhlükəsizliyinə zəmanət verib.
"Boris Conson" teqi üzrə xəbərlər
- Trampın "sevimli" dünya liderləri məlum oldu
- II Elizabetin ölümündən iki gün öncə dəfni ilə bağlı etdiyi zarafat üzə çıxdı
- İsrarla kitabını reklam edən Boris Conson efirdən uzaqlaşdırıldı
- II Elizabetin ölümünün əsl səbəbi açıqlandı: Boris Conson son görüşdən danışdı
- Ağıl, təhsil və pul: Sadə hindistanlı ailədən olan Rişi Sunakın Britaniya tarixində ilkləri
Rəylər