Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetiriblər
Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "RFI" radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda, bir neçə hərbçi də itkin düşüb.
Məlumata görə, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.
"Burkina-Faso" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər