“Crokus”da atəş açan terrorçulardan Şamsidin Fariduni və Raçabalızoda Saidakrami Murodəlinin də həbs müddəti avqustun 22-dək uzadılıb.
Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən qəbul edilib.
“Crocus” terrorçularından daha birinin həbs müddəti uzadıldı - YENİLƏNİB + FOTO/VİDEO
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd şəxs zala soxularaq tamaşaçılara atəş açıb. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.
Mənbə: RİA Novosti, 360TV
Rəylər