Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platininin məhkəmə prossesi 2025-ci ilin mart ayında keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə AFP agentliyinə Platininin vəkili Dominik Nellen məlumat verib.
O qeyd edib ki, İsveçrə Federal Cinayət Məhkəməsinin Apellyasiya Məhkəməsindəki proses martın 3-dən 25-dək davam etməlidir.
Qeyd edək ki, 2021-ci il noyabrın 2-də İsveçrə Federal Prokurorluğu Blatter və Platiniyə FIFA tərəfindən Platiniyə 2 milyon İsveçrə frankı (təxminən 2,2 milyon dollar) məbləğində qanunsuz ödəniş edilməsi ilə bağlı ittiham irəli sürüb. Onlar həmçinin dələduzluq, etimaddan sui-istifadə və qeyri-dürüst idarəetmə işində də ittiham olunublar.
Rəylər