Nepal ordusu "Təmiz Himalay" kampaniyası çərçivəsində Everestin yamaclarından və qonşu dağlardan 11 ton zibil yığıb.
Nepal Ordusunun Baş Qərargah rəisi Prabhu Ram Şarma bildirib ki, kampaniyanın əhəmiyyətini yalnız 55 gün ərzində toplanan zibilin miqdarı ilə qiymətləndirmək olmaz. Belə ki, hərbçilər zirvəyə qalxarkən həlak olan 5 nəfərin cəsədini də təxliyə ediblər.
"Kampaniyanın əldə etdiyi bir sıra nailiyyətlər Nepal xalqının təbiətin və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq işə sadiqliyini nümayiş etdirir", - deyə o bildirib.
Qərargah rəisinin sözlərinə görə, aksiyada 10 min hərbçi iştirak edib.
Qeyd edək ki, kampaniya aprelin 11-də başlayıb və 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə başa çatıb.
Mənbə: TASS