500 ən varlı milyarderdən daha çox texnoloji şirkət sahiblərinin sərvəti artıb. Tənəzzül qorxularına, davamlı inflyasiyaya, yüksək faiz dərəcələrinə və geosiyasi təlatümlərə baxmayaraq, onlar 658 milyard dollar daha zəngindirlər (illiklə müqayisədə 48 faiz artım). Səbəb süni intellekt (AI) ətrafında yaranan ajiotaj olub.
ABŞ-li sahibkar İlon Mask fransız maqnatı və LVMH rəhbəri Bernard Arnonu geridə qoyub. Reytinqdə birinci yeri tutaraq ən varlı elan edilib. İl ərzində o, “Tesla” və “SpaceX”in uğurları sayəsində 95,4 milyard dollar qazanıb (Mask keçən il 138 milyard dollar itirib). 2023-cü ildə “Amazon”un qurucusu Ceff Bezosun sərvəti 70 milyard dollar artıb, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq isə 80 milyard dollar qazanıb.
Mənbə: Lenta.ru
Rəylər