Oktyabrın əvvəlində "RM Sotheby's" hərrac evi müharibədən əvvəlki Avropa avtomobil sənayesinin unikal nümunəsini - 1939-cu ildə istehsal edilmiş yeganə salamat qalmış "Horch 855" rodsterini hərraca çıxaracaq. Modelin vəziyyətini, nadirliyini nəzərə alaraq, onun 3-4 milyon dollara satılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.
1930-cu illərdə 855 indeksli premium brend "Horch" modeli məşhur "Mercedes-Benz" 500K və 540K-nın rəqibi hesab olunurdu. O, 120 at gücünə malik V8 mühərriklə təchiz edilib.
Həmin hərracda satışa çıxarılacaq digər unikal avtomobil "Mercedes-Benz" 500K kupesidir. Onun gözlənilən qiyməti 6 milyon dollara qədərdir.
Rəylər