“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.
Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir.
Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen “Ebola” xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib.
Rəylər