Efiopiyada denge qızdırmasına yoluxma halları artmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar ölkənin səhiyyə sistemində ciddi problemlər müşahidə olunur. Bununla bağlı alimlər geniş araşdırma aparıb.
Oxu.Az xəbər verir ki, araşdırma "PubMed" tibbi portalında dərc edilib.
Sistemli icmal və meta-analizin məqsədi Efiopiyada DENV (denge virusu) infeksiyasının ümumi yayılmasını qiymətləndirmək olub.
2023-cü ilin iyul ayına qədər dərc olunmuş tədqiqatları müəyyən etmək üçün "PubMed", "Hinari" və "Google Scholar" verilənlər bazalarında ədəbiyyat axtarışı aparılıb.
Bu icmala denge qızdırması şübhəsi olan və kəskin qızdırmalı iştirakçılar üzərində aparılan ümumilikdə 11 tədqiqat daxil edilib. Meta-analiz IgG-nin ümumi yayılmasını 21% (95% CI: 19-23), IgM-in ümumi yayılmasını 9% (95% CI (etibarlılıq intervalı): 4-13) və DENV-RNT-nin ümumi yayılmasını 48% (95% CI: 33-62) qiymətləndirib.
Rəylər