Çin avtomobil markaları "Geely", "Chery" və onların altbrendlərinin bəzi modellərinə yeddipilləli "7DCT300" robotlaşdırılmış ötürmələr qutusu quraşdırılmağa başlanıb.
Oxu.Az bu barədə "Praym"a istinadən xəbər verir.
Rusiyalı avtomobil eksperti İlya Xlebuşkin bildirir ki, robotlaşdırılmış ötürmələr qutusu "Chery"nin "Tiggo 7 Pro", "Tiggo 8 Pro", "Arrizo 8", "Exeed", "Omoda" və "Jaecoo" modellərinə, "Dongfeng" markasının "Shine Max" modelinə, eləcə də "Geely"nin "Coolray" və "Atlas" modellərinə, "BelGee" markasının maşınlarına quraşdırılacaq.
Ekspert qeyd edib ki, belə bir modul Avropa avtomobillərinin təcrübəsinə əsaslanaraq təxminən 120-140 min kilometr resurs əldə edə bilər. Lakin onun sözlərinə görə, belə bir resurs yalnız düzgün idarəetmə proqramı olduğu təqdirdə mümkündür.
Xlebuşkinin məlumatına görə, belə robotların üstünlüyü ondan ibarətdir ki, sürtünmə (friksion) halqalarını ayrıca dəyişdirmək və bununla da təmirə qənaət etmək mümkündür.
Rəylər