Ermənistan Silahlı Qüvvələri Hindistan tərəfindən təchiz edilmiş altı ATAGS qurğusunun sınaqlarını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" ixtisaslaşmış saytı məlumat yayıb.
Məlumata görə, silahlar ölkənin müxtəlif yerlərində keçirilən bütün əməliyyat sınaqlarından keçib. Altı ədəd ATAGS silahının ilkin partiyasının trayektoriya hesablama modulu erməni tərəfinin tələbi ilə erməni dilində proqramlaşdırılıb.
Bundan əlavə, silahların Ermənistan hərbçilərinin xüsusi tələblərinə uyğunlaşdırılması üçün bir neçə başqa dəyişiklik edilib. Bu sınaqların uğurla başa çatması Ermənistanın Hindistan istehsalçısı "Kalyanı Groups"dan daha 84 ədəd ATAGS silahı almasına yol açıb. Hazırda silahların yeni partiyasının tədarükü gözlənilir.
Rəylər