Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçisinin sərhədi keçməsi barədə faktiki məlumatlara malik deyil.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd edilib ki, yeni məlumat olduqda əlavə izahatlar veriləcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi əsgər Ceyhun Tofiq oğlu Hüseynovun iyunun 9-da Naxçıvanın Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşdüyü barədə xəbər yaymışdı.
"Sputnik" Ermənistan