"Ferrari" öz tarixinin ən güclü yol avtomobilini - 1 200 at gücünə malik "F80" superkarını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə autonews.ru məlumat yayıb.
İtalyan brendinin yeni avtomobili 3.0 litrlik V6 mühərrikindən ibarət hibrid elektrik stansiyasına malikdir (900 a.g. və 800 N.m). O, üç elektrik mühərriki ilə işləyir - biri arxa, ikisi isə ön oxda.
Elektrik stansiyasının arxitekturası "Le Manda 24 saat" yarışında ardıcıl son iki qələbəni qazanan "Ferrari 499P"dən götürülüb.
"Ferrari F80" 100 km/saata 2.15 saniyəyə sürətlənir. Yeni superkar 200 km/saat sürətini 5.75 saniyəyə yığacaq, maksimal sürəti isə 350 km/saatdır.
İtalyanlar avtomobilin aerodinamikasına da böyük diqqət yetiriblər. "Ferrari"dən bildirilib ki, o, güclü arxa diffuzor və aktiv arxa qanadla təchiz edilib ki, bu da üç hissədən ibarət ön qanad və hava ötürücüsü "S-Duct" ilə birlikdə 250 km/saat sürətlə bir tondan çox yerə endirmə qüvvəsi yaradır.
Yeni superkarın qiyməti təxminən 3.6 milyon avro təşkil edəcək. Avtomobil 799 nüsxədən ibarət məhdud tirajla buraxılacaq.
Bundan əvvəl "Ferrari" SF90 hibrid hiperkarının yeni versiyasını təqdim etmişdi. Kupe "Ferrari SF90 XX Stradale", rodster isə "SF90 XX Spyder" adlanır.
Rəylər