İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatı tərəfindən FETÖ terror təşkilatının hazırkı strukturunun müəyyənləşdirilməsi və şübhəlilərin tutulması istiqamətində aparılan işlər nəticəsində 28 nəfərin həbsi üzrə istintaq prosesi davam edir.
Araşdırma zamanı məlum olub ki, ölkənin müxtəlif bölgələrindən universitetdə təhsil almaq üçün İstanbula gələn və ya ailəsi İstanbulda yaşayan, təşkilatla əməkdaşlıq edən universitet tələbələri təşkilatla əlaqəsi olmayan şəxslər vasitəsilə kirayə evlər tutaraq oraya tələbələr yerləşdirirlər.
Müəyyən edilib ki, bu evlər əşyalarla təmin edilir, kirayə haqqı ödənilir, evdə yaşayanların ehtiyacları qarşılanır və onların təşkilatla bağlı fəaliyyətləri nəzarət altında saxlanılır.
Araşdırma zamanı bu evlərin xərcləri üçün lazım olan pulların yeni taktika ilə lazımi şəxslərə ötürüldüyü ortaya çıxıb.
Məlum olub ki, təşkilat üzvləri pulları bir-birinə vermək üçün əvvəldən razılığa gələrək izdihamlı meydanlarda görüşürlər, amma burada yeni qarşılaşmış kimi davranaraq bir-birini qucaqlayırlar, bu yolla da içində pullar olan torbaları digərlərinə ötürürlər.
Məlum olub ki, təşkilat üzvləri bu üsulla 10 saniyə ərzində pul torbalarını bir-birinə ötürə bilirlər.
Həmçinin araşdırma çərçivəsində 14 azyaşlı uşağın da ailələri tərəfindən təşkilatın evlərinə və ya təşkilatın üzvlərinə təhvil verildiyi müəyyən edilib və pedaqoqun iştirakı ilə bu uşaqlardan ifadələri alınıb.
Mənbə: NTV.com.tr