Finlandiyada keçirilmiş prezident seçkisinin ikinci turunda keçmiş baş nazir Aleksandr Stubb 51,6 faiz səslə qalib olub.
Məlumata görə, bülletenlərin 100 faizi sayılıb.
Keçmiş xarici işlər naziri Pekka Haavisto 48,4 % səs toplayıb.
Namizədlər arasında fərq 99 min səsdən az olub. Bu fərq prezident seçkisinin ikinci turunun tarixində ən kiçiyi olub.
İkinci turda seçici fəallığı 70,7 faiz olub. Birinci turda seçici fəallığı 75 faiz olub.
Stubb martın 1-dən Finlandiya prezidenti olacaq.
11.02.2024, 15:24
Finlandiyada prezident seçkisinin ikinci turu keçirilir.
Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 900-dən çox seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqələr yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq. Bundan dərhal sonra nazirlik ilk nəticələri dərc edəcək.
Xatırladaq ki, ilk tur zamanı (31 yanvar - 6 fevral) seçici fəallığı rekord həddə olub və 44,5% təşkil edib.
İkinci tura iki namizəd keçib: Deputat və keçmiş xarici işlər naziri Pekka Haavisto və keçmiş baş nazir Aleksander Stubb. Bütün rəy sorğularının nəticələrinə görə, Stubb aşkar favoritdir. Yeni prezidentin andiçmə mərasimi martın 1-də baş tutacaq.
Mənbə: TASS
Rəylər