Fransa Xarici İşlər Nazirliyi "Telegram" mesencerinin yaradıcısı Pavel Durovun saxlanılmasını şərh etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentlik Xarici İşlər Nazirliyindən Durovun saxlanmasına münasibət bildirməyi xahiş edib. Lakin nazirlik nümayəndələri məhkəmənin müstəqilliyinə təsir etməmək üçün bunu etməyəcəklərini bildiriblər.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml "Telegram"ın yaradıcısının konkret nədə ittiham olunduğunu bilmir. O, həmçinin Durovla bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb.
Rəylər