Fransada keçirilən hərracda 22 metr uzunluğunda apatozavrın skeleti təxminən 6 milyon avroya satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" hərracın təşkilatçısı olan "Collin du Bocage" və "Barbarossa" hərrac evlərinə istinadən məlumat yayıb.
Hərrac başlamazdan əvvəl auksion menecerləri bunun indiyə qədər hərraca çıxarılan ən böyük dinozavr skeleti olduğunu iddia edirdilər. Onun təxmini dəyəri 3 milyonla 5 milyon avro arasında dəyişirdi. Lakin satış qiyməti bütün proqnozları üstələyib.
Rəylər