Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) saytında yay transfer pəncərəsinin hesabatı dərc edilib.
Oxu.Az assosiasiyanın saytına istinadən xəbər verir ki, iyun ayından sentyabrın 2-nə qədər olan tarix aralığında kişi futbolunda transferlərə ümumilikdə 6.4 milyard dollardan çox pul xərclənilib.
Qeyd olunur ki, bu, futbol tarixində transferlərə xərclənən ikinci ən böyük məbləğdir. Ötən mövsüm bu rəqəm 7.43 milyard dollar olub.
Bundan əlavə, sonuncu yay transfer pəncərəsində 11 mindən çox transfer baş tutub ki, bu da futbol tarixində yeni rekord hesab olunur.
Ən çox məbləği transferlərə İngiltərə klubları xərcləyib - 1.69 milyard dollar. Satışlarda da İngiltərə klubları liderdirlər (1.25 milyard dollar).
Rəylər