Günəşdə baş verən şiddətli fırtınalar Yer kürəsində rəngarəng parıltıya səbəb olmaqla yanaşı, eyni zamanda onun sakinləri üçün birbaşa təhlükə yaradır.
Bu iddia ilə Avropa Kosmik Agentliyinin mütəxəssisləri çıxış ediblər.
Onların fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri ulduza atılmalar zamanı planetimizə düşən günəş radiasiyası ilə bağlıdır.
Qeyd olunub ki, Yer kürəsi maqnit sahəsi ilə qorunsa da, enerji axınları orbitdəki kosmik stansiya ekipajları üçün təhlükəli ola bilər.
Bundan əlavə, Günəşdə baş verən güclü partlayışlar zamanı radiasiya marşrutları Şimal qütbünə yaxın olan təyyarələrə ciddi zərər vura bilər.
Buna görə hava yolları bəzən təhlükəli ərazilərdən qaçmaq üçün təyyarələrin hərəkətini tənzimləyirlər.
Bununla yanaşı, geomaqnit qasırğaları peykləri və elektrik şəbəkələrini sıradan çıxara bilər. Bu isə öz növbəsində naviqasiya və enerji təchizatının geniş şəkildə pozulmasına səbəb ola bilər.
Mənbə: Agence France-Presse
Rəylər