Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili, həmçinin partiyanın digər yüksəkvəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın "İmedi" telekanalı öz mənbələrinə istinadən məlumat verib.
Bildirilib ki, məhkəmədə artıq bir neçə gündür bu işlə bağlı insanların ifadəsi alınır. Dindirilənlərin əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.
Rəylər