Haitinin Baş naziri Harri Konil yatdığı xəstəxanaya quldurların hücumundan sonra təxliyə etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə hadisənin videosunu paylaşan Dominikan qəzeti "Diario Libre" məlumat yayıb.
Qeyd olunub ki, Haiti hökumətinin başçısı Harri Konil planlaşdırılmamış səfər üçün paytaxt Port-o-Prinsin mərkəzindəki xəstəxanaya gedib. O, xəstəxanadan çıxmağa hazırlaşarkən silahlı quldurlar atəş açıblar.
Hadisə yerindən sosial şəbəkələrdə yayılan videolarda jurnalistlərin və hərbçilərin qaçdığı əks olunub. Xüsusilə, onların arasında Keniyadan olan zabitlər də var ki, onlar BMT missiyasının tərkibində iyun ayından yerli polisə cinayətkar dəstələrə qarşı əməliyyatlarda köməklik göstərirlər.
Məlumata görə, Konil xəsarət almayıb. Hazırda baş verənlərin təfərrüatı müəyyənləşdirilir.
Haitinin baş nazirinə hücum olunub
Rəylər