Hindistanın Karnataka ştatının səlahiyyətliləri qonşu Kerala ştatında təhlükəli nipah virusunun aşkarlanmasından sonra bir neçə rayonda yüksək hazırlıq rejimi elan ediblər.
Daha əvvəl Hindistanın Kerala ştatında 11 nəfərdə ölümcül nipah virusunun simptomlarının aşkarlandığı, vəziyyətlərinin stabil olduğu bildirilmişdi. Bu insanların hamısı nipah virusundan ölən 12 yaşlı bir oğlanla təmasda olmuşdular. Uşağın ölümündən sonra ştatın həkimləri onunla təmasda olan 251 nəfəri yoxlamağa başladılar.
Karnatakanın Səhiyyə Nazirliyinin təlimatlarında bildirilib ki, Keraladan gələnlərdə hərarət, psixi dəyişikliklər, şiddətli halsızlıq, baş ağrısı, tənəffüs çatışmazlığı, öskürək, qusma, əzələ ağrısı, sancılar və ishal kimi simptomlar izlənilməlidir.
Nipah virusu uçan tülkülər və siçanlar tərəfindən yayılır. Virus adətən yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu dünyanın ən təhlükəli viruslarından biri adlandırır, bunun üçün nə dərman, nə də vaksin yoxdur və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir.
Mənbə: “RİA Novosti”
Rəylər