Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub, dörd nəfər infeksiyadan həyatını itirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı yerli səhiyyə mərkəzi yayıb.
Mərkəzin məlumatına görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub, 40 nəfər müalicə alaraq artıq tibb müəssisələrindən evə buraxılıb.
Epidemioloji araşdırmanın nəticələri göstərib ki, xəstələrin əksəriyyəti şirin suda olan balıqlarla təmasda olublar və bunun nəticəsində infeksiyaya yoluxublar.
Hadisədən sonra aidiyyəti qurumlar yerli sakinləri şirin suda olan balıqlarla təmas zamanı əlcək taxmağı və balığı tam bişmiş halda yeməyi tövsiyə ediblər.
Rəylər