Abunəçilər kütləvi halda "Netflix"i tərk edirlər.
Oxu.Az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, "Netflix"in sədri və direktoru Rid Hastinqsin Kamala Harrisə prezidentlik kampaniyasına görə ianə verməsindən sonra şirkətin istifadəçiləri abunəlikdən imtina etməyə başlayıblar.
Donald Trampın tərəfdarları yayım xidmətinə qarşı hərəkətə çağırdıqdan sonra ləğvetmələrin sayı, demək olar ki, üçqat çoxalıb.
Rəylər