Finlandiya və İngiltərə millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının B Liqasının II qrupunun IV turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Helsinkidəki (Finlandiya) Olimpiya Stadionunda qarşılaşıblar. Matçı Georgi Kruaşvilinin (Gürcüstan) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. İngiltərə yığması 3:1 hesabı ilə qalib gəlib.
18-ci dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Anhel Qomesin köməyi ilə hesabı açıb. Daha sonra müdafiəçi Trent Aleksander-Arnold 74-cü dəqiqədə qonaqların fərqini artırıb. Yarımmüdafiəçi Deklan Rays Olli Uotkinsdən ötürmə alaraq hesabı artırıb. Üç dəqiqə sonra müdafiəçi Arttu Hoskonen meydan sahiblərinin 1 qoluna imza atıb.
B Liqasının II qrupunda həmçinin Yunanıstan və İrlandiya yığmaları da çıxış edirlər.
UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Sonuncu püşkatmanın finalında ispanlar Xorvatiya millisinə 0:0 (5:4 pen.) hesabı ilə qalib gəliblər.
Rəylər