Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Instagram"ın bloklanmasının Türkiyə iqtisadiyyatına vurduğu zərər açıqlanıb
Türkiyə girişinə qadağa qoyduğu "Instagram" sosial şəbəkəsinə görə bir günə 1.9 milyard Türkiyə lirəsi vəsait (57 milyon ABŞ dolları) itirir.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İstanbul Planlaşdırma Agentliyinin sədri Buğra Gökçe deyib.
O, qadağanın ən çox İstanbul, Ankara, İzmir, Bursa və Antalya iqtisadiyyatlarına təsir edəcəyini vurğulayıb.
"Instagram"a giriş qadağası uzandıqca Türkiyə iqtisadiyyatı zərər görür, türk şirkətləri daha az satış edir, Türkiyədəki bizneslər zərər çəkir", - deyə Buğra Gökçe bildirib.
Məlumat üçün qeyd edək ki, artıq üçüncü gündür Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin qərarı ilə "Instagram"a giriş bağlanıb. Qadağanın nə vaxta qədər davam edəcəyi bildirilmir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub
- Antalyanın hava limanında Rusiyanın təyyarəsi yandı: 79 sərnişin təxliyə edildi
- İstanbulda ailə qətliamı: Beş ölü, iki yaralı
- Türkiyədə avtobus minik avtomobili və yük maşını ilə toqquşdu - Onlarla yaralı var
- İstanbulda Bosfor boğazı bağlandı
Rəylər