Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BƏƏ-də israilli ravvini qətlə yetirən şəxslərin kimliyi müəyyən edildi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qaçırdılan israilli-moldovalı ravvin Zvi Koqanın öldürülməsinə görə həbs edilən şəxslər Özbəkistan vətəndaşlarıdır.
Oxu.Az-ın "Al-Arabiya"ya istinadla verdiyi məlumata görə, məlumat BƏƏ rəsmiləri tərəfindən təsdiq edilib.
Bildirilir ki, hakimiyyət orqanları üç nəfəri - 28 yaşlı Olimboy Tohiroviçi, 28 yaşlı Makhmudjon Abdulrahimi və 33 yaşlı Azizbek Kamiloviçi həbs ediblər.
İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qaçırılan israilli ravvin Zvi Koqanın öldürülməsində əli olması ilə bağlı xəbərləri təkzib edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Əbu-Dabidəki səfirliyi açıqlama verib.
Qeyd edək ki, Çabad yəhudi hərəkatının nümayəndəsi və İsrail-Moldova vətəndaşı olan Koqan noyabrın 21-də Əbu-Dabidə diş həkiminə getdikdən sonra itkin düşmüşdü. Daha sonra İsrailin Baş nazirinin ofisi və Xarici İşlər Nazirliyi bəyanat yayaraq, onun qaçırıldığını və BƏƏ rəsmiləri tərəfindən cəsədinin tapıldığını bəyan edib.
İsrail kəşfiyyat xidməti Koqanın İran casusları tərəfindən qaçırıldığını bildirib.
Xatırladaq ki, BƏƏ Daxili İşlər Nazirliyi artıq ölkənin hüquq-mühafizə orqanlarının Koqanın qətlində əli olan şəxsləri həbs etdiyini açıqlayıb.
"Adam oğurluğu" teqi üzrə xəbərlər
- Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
- Adam oğurluğunda təqsirləndirilən şəxs ev dustaqlığı istədi - MƏHKƏMƏ
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşına hökm oxundu
- Altı yaşında konfetlə aldadılıb qaçırılan uşaq 70 il sonra tapıldı: ABŞ-də inanılmaz hadisə
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı
Rəylər