Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İrana bağlı qruplaşma Nigeriyanın paytaxtında terror aktı törədib
Nigeriya polisi bildirib ki, iyulun 24-də İrana bağlı qruplaşma Abuca şəhərində iki polisi öldürüb, daha üç nəfəri yaralayıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, terrorçular üç polis avtomobilini də yandırıblar.
Bildirilib ki, terror aktını qadağan edilmiş Nigeriya İslam Hərəkatı törədib.
Polis nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinən bir neçə şəxs həbs edilib.
Xatırladaq ki, sözügedən qrupun fəaliyyəti 2019-cu ildən Nigeriyada qadağan edilib. Qruplaşmanın ruhani lideri İbrahim Zəkzaki və arvadı beş il həbsdə saxlanıldıqdan sonra 2021-ci ildə azadlığa buraxılıblar. Onlar ötən il İrana səfər edərək ölkənin Ali Lideri Əli Xamenei ilə görüşüblər.
"İran" teqi üzrə xəbərlər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
Rəylər