Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər
İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın "Kətaib Hizbullah" və "Fatimiyyun" dəstələri Suriya ərazisinə daxil olub.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Məlumata görə, həmçinin "Həşdi-Şəəbi" qüvvələrinin də Suriyanın şərqindəki Əl-Bukamal yaxınlığındakı ərazilərdən keçdiyi görünüb.
Qeyd olunub ki, yaraqlılar yardımçı qüvvə kimi yerləşdirilmək üçün Suriyanın şimal cəbhələrinə göndərilirlər.
Xatırladaq ki, bir neçə gün öncə Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələr Hələb və İdlib şəhərində nəzarəti ələ keçiriblər.
"Suriyada hərbi əməliyyat" teqi üzrə xəbərlər
- ABŞ ordusu Suriyanın şərqinə hava zərbələri endirib
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
- Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib
- Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
- Hələbin xarabalıqları üzərində "qaliblər" arasında yeni müharibə alovlanır
Rəylər