İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin dörd əyalətində İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) kimi tanınan terror qruplaşmasının 14 üzvünün saxlanıldığını açıqlayıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, İŞİD-Xorasan terror qruplaşmasının 7 üzvü Fars əyalətində, digər 7 üzvü isə Tehran, Əlborz və Xuzistan əyalətlərində ələ keçirilib.
Qeyd olunub ki, həbs olunan terrorçular son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədilə qanunsuz şəkildə İrana daxil olublar.
Rəylər