İranda Əlborz vilayətində təkcə dünən 11 məhbus dar ağacından asılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, edam hökmləri Kərəc şəhərinin mərkəzindəki həbsxanada və Qızılhisar həbsxanasında icra olunub.
Məlumata görə, ən ağır cəzaya məruz qalanlardan altısı narkotik, beşi isə qəsdən adam öldürmə ittihamı ilə həbs olunmuşdu.
Rəylər