İranda son 22 gündə hər gün dörd məhbus edam edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran İnsan Haqları Mərkəzinə istinadla xəbər verib.
Bildirilir ki, iyulun 22-dən avqustun 13-dək ölkə həbsxanalarında ümumilikdə 86 məhbusun ölüm hökmü icra edilib.
O da vurğulanır ki, İranda prezident seçkisi zamanı sakitlik yaratmaq üçün edamların sayı azaldılsa da, yeni göstəricilər bu tendensiyanı tərsinə çevirib.
Belə ki, dünən Kerman və Rəfsəncan şəhərlərində üç məhbus dar ağacından asılıb. Onlardan ikisi etnik bəluc, biri isə Əfqanıstan vətəndaşı olub. Edam olunanlardan ikisi "narkotik qaçaqmalçılığı"nda, biri isə adam öldürmədə təqsirli bilinib.
Rəylər