İranın bütün ərazisində cümə axşamı səhərə qədər bütün aviareysler ləğv edilib.
Oxu.Az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Qərarı bildirən İran Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerli bunun səbəbini Yaxın Şərq regionunda yaranmış vəziyyətlə əlaqələndirib.
Qurumun bəyanatında deyilir ki, uçuşların təhlükəsizliyini qorumaq məqsədilə ölkə üzrə bütün aviareysler cümə axşamı səhər saat 5-ə (Bakı vaxtı ilə 05:30) qədər ləğv edilir.
Rəylər