İranın Kirman əyalətinin Zərənd şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Zəlzələ yerli vaxtla səhər saat 03:40-da qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.
Zərənd şəhərinin başçısı Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.
Mənbə: İRNA