İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən İŞİD terror təşkilatının fəaliyyətinin üzə çıxarılması üçün əməliyyat təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Əməliyyat zamanı saxlanılan R.H.-nin terror təşkilatında bombaların hazırlanması ilə məşğul olduğu müəyyən edilib. Ədliyyə orqanları tərəfindən həbs edilən R.H. həbsxanaya göndərilib.
Cinayətkarın 34 yaşı olduğu bildirilir.
Rəylər