"ABŞ gözəli - 2012" və "Kainat gözəli 2012" müsabiqələrinin keçmiş iştirakçısı aktrisa Oliviya Kalpo futbolçu Kristian Makkeffri ilə evlənib.
Toy modelin vətəni Rod-Aylend ştatında baş tutub. Mərasim üçün o, "Dolce & Gabbana"dan qar kimi bəyaz qapalı libas və beş metrlik duvaq seçib. Bəy mərasimə klassik qara kostyumda gəlib.
Xatırladaq ki, Olivia Kalpo 2019-cu ildən ABŞ-li futbolçu Kristian Makkeffri ilə münasibətdədir. 2023-cü ilin aprelində futbolçu ona evlilik təklifi edib.
Qeyd edək ki, 2011-ci ilin sentyabrında Olivia Kalpo "Rod Aylend gözəli - 2012" titulunu qazanıb. Modelə "ABŞ gözəli - 2012" müsabiqəsində ştatı təmsil etmək imkanı verilib və o, bundan yararlanaraq qalib gəlib. Elə həmin il o, "Kainat gözəli - 2012" tacını qazanıb.
Mənbə: Vogue
Rəylər