Rusiyalı kosmonavt Oleq Kononenko tarixdə 1000 gün kosmosda qalan ilk şəxs olub.
Bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") məlumat yayıb.
Bildirilir ki, kosmonavt beşinci dəfə kosmosa uçuşunu 2023-cü il sentyabrın 15-də edib.
Kononenkonun Beynəlxalq Kosmik Stansiyaya illik uçuşu başa çatdıqdan sonra (bu ilin 23 sentyabrına planlaşdırılıb) ümumi uçuş müddəti 1110 gün olacaq.
Qeyd edək ki, fevralın 4-də də Kononenko kosmosda ümumi qalma rekordunu qırıb. Bu titulun əvvəlki sahibi rusiyalı Gennadi Padalka olub, onun beşdən çox uçuşu ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə olub.
Mənbə: İz.ru