"Ermənistanda ABŞ ilə birlikdə keçirilən "Eagle Partners 2024" hərbi təlimləri bu ölkənin gələcəyi ilə bağlı narahatlıq yaradır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə News.ru-nun sualını cavablandırarkən deyib.
"Bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur. Çünki ABŞ və Avropa İttifaqı dəfələrlə belə maxinasiyalar həyata keçiriblər. Yaxşı bilirsiniz ki, bu "qartal tərəfdaşlığı" adlanan işin sonu necədir. İstifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılır", - o bildirib.