Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mask Trampın irəlidə olmasına münasibət bildirdi
ABŞ-li milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask ölkəsində seçki prosesinin ilk nəticələri fonunda Respublikaçı namizəd Donald Trampın irəlidə olmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Mask fikirlərini "X" sosial şəbəkəsində yazıb.
Belə ki, Mask paylaşımında tennisdə istifadə olunan "Qeym, set və matç" terminlərindən istifadə edib.
Bundan əlavə, milyarder "Polymarket" platformasının D.Trampın 94 faiz qələbə qazanacağı ilə bağlı proqnozuna "Bum" ifadəsi ilə münasibət bildirib.
Xatırladaq ki, ABŞ-li biznesmen və sahibkar İlon Mask oktyabrın ilk iki həftəsində respublikaçılardan prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasının dəstəklənməsinə 43 milyon dollardan çox vəsait ayırıb.
Rəylər