Amerikalı sahibkar İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində yaxınlaşan demoqrafik böhran barədə ciddi xəbərdarlıq edib.
Oxu.Az-ın verdiyi məlumata görə, milyarder özünün "X" sosial şəbəkə hesabındakı paylaşımında Avropanın gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
"Doğum nisbəti sürətlə azalmağa davam edir. Demoqrafik tənəzzül qaçılmazdır", - deyə o vurğulayıb.
Məyusedici proqnoza səbəb Avropa İttifaqının statistika idarəsinin (Avrostat) hesabatı olub. Bu məlumatlara görə, 2022-ci ildə Aİ-də yeni doğulanların sayı 3.8 milyon olub.
Qeyd edək ki, Aİ-nin bir çox ölkələri artıq uzun müddətdir ki, əhalinin yaşlanması, aşağı doğum nisbəti və sosial təminat sistemlərinə artan yüklə üzləşir.
Xatırladaq ki, Mask yanvar ayındakı paylaşımında demoqrafik çöküşü bəşəriyyətin üzləşdiyi ən böyük problem adlandırmışdı.
Rəylər