Namibiyanın baş nazir Saara Kuuqongelva-Amadilanın rəsmi avtomobili ilə Seçki Komissiyasının avtomobili toqquşub. Nəticədə komissiyanın üç üzvü ağır yaralanıb.
Qəza bazar günü Otcivaronqodan təxminən 15 km aralıda baş verib.
Adları hələ açıqlanmayan 3 məmur Otcivaronqo Dövlət Xəstəxanasına aparılıb. Məlumata görə, baş nazir və onun sürücüsü toqquşma nəticəsində xəsarət almayıb.
Hökumət başçısının Namibiyanın hakim partiyasının 63-cü ildönümünü qeyd etdiyi bölgədən qayıtdığı bildirilib.
Mənbə: rossaprimavera.ru
Rəylər